Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatının 18-ci turu çərçivəsində “Luqano” ilə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Renat Dadaşov bu görüşə start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib.
“Qrasshopper” hazırda 21 xalla 10 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


