Fransa yığmasının sabiq mərkəz müdafiəçisi Frank Leböf “Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldoya sərt tənqidlə cavab verib.
Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, Leböfün tənqidi Ronaldonun Səudiyyə Ərəbistanı çempionatının Liqa 1-dən daha yüksək səviyyədə olduğunu deməsinə cavab verməsi ilə bağlıdır:
“Kristiano Ronaldonun Səudiyyə Ərəbistanı liqasının Liqa 1-dən daha yaxşı olması ilə bağlı sözlərindən əsəbiləşdim. Sizcə, niyə o, Portuqaliya çempionatı haqqında deyil, Liqa 1 haqqında deməyə qərar verdi? Buna səbəb Lionel Messinin Liqa 1-də oynaması olub.
Bir oyunçu kimi ona böyük hörmətim var, amma sadəcə ağzını yum! Bu, Liqa 1-ə qarşı ədalətsizlikdir”, deyə Leböf vurğulayıb.


