Azərbaycan Premyer Liqasının 12-ci turunun “Səbail” – “Turan Tovuz” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Bayılda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
12-ci tur
3 noyabr
“Səbail” – “Turan Tovuz” 2:1
Qollar: Rüfət Abdullazadə, 47. Aleksandr Ramalinqom, 78-pen. – Otto Con, 27.
Sarı vərəqələr: Səlahət Ağayev, 38 (qeyri-idman hərəkəti) – Roderik Miller, 54 (qeyri-idman hərəkəti). Denis Marandiçi, 75 (qeyri-idman hərəkəti). Faiq Hacıyev, 90+3 (qeyri-idman hərəkəti). Bruno Qonçalves, 90+4 (qeyri-idman hərəkəti). Şəhriyar Əliyev, 90+4 (hakimin qərarına etiraz).
Artırılan vaxt: Birinci hissədə 5 dəqiqə, ikinci hissədə 7 dəqiqə.
Saat 19:00. “Bayıl Arena”, 1000 tamaşaçı.
Baş hakim: Kamranbəy Rəhimov.
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Cəmil Quliyev.
Dördüncü hakim: Rauf Allahverdiyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Səbail: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k) (11. Rüfət Abdullazadə, 45+1), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov (17. Rafael Məhərrəmli, 9) 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis (44. Yadin Luqasi, 72), 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 3. Silven Deslandes.
Baş məşqçi: Şahin Diniyev.
Turan Tovuz: 13. Aydın Bayramov, 2. Sertan Taşkın (99. Veysəl Rzayev, 65), 10. Xəyal Nəcəfov (k) (4. Şəhriyar Əliyev, 80), 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev (11. Ayxan Quseynov, 65), 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 80. Otto Con (9. Belaydi Pusi, 80).
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 60. Səbayıl Bağırov, 57. Cavid Qasımov, 15. Emmanuel Hakman.
Baş məşqçi: Ayxan Abbasov.


