“Şəfa” yeni mövsümə hazırlıq planını açıqladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” komandasının yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Zaur Həşimovun rəhbərlik etdiyi komanda iyulun 2-də Bakıda bir araya gələcək. Hazırlığın ilk mərhələsi paytaxtda baş tutacaq. İyulun 20-də isə komanda Qəbələyə yollanacaq.

Hazırlığın ikinci mərhələsi avqustun 9-na qədər Qəbələdə davam edəcək. Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək.

Qarşılaşmaların tarixi və məkanı hələlik məlum deyil.

Xatırladaq ki, “Şəfa” geirdə qalmış mövsümdə Birinci Liqanın qalibi olaraq 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi elitaya çıxdıqdan sonra baş məşqçi postuna Zaur Həşimovu gətirib, bu gün isə “Kəpəz”dən Rauf Hüseynlini transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: