“Şəfa” Zahid, Emin və Əli ilə vidalaşdı

2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şəfa” klubu 3 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qapıçı Əli Həsənli, müdafiəçi Zahid Mərdanov və yarımmüdafiəçi Emin Zamanovun müddəti başa çatmış müqaviləsi yenilənməyib. Klub hər üç futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, “Şəfa” geridə qalmış mövsümdə Birinci Liqanın qalibi olaraq 2026/2027-ci illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanıb. Paytaxt təmsilçisi elitaya çıxdıqdan sonra baş məşqçi postuna Zaur Həşimovu gətirib. Sözügedən klub “Kəpəz”dən Rauf Hüseynlini, “Sabah”dan Nicat Mehbalıyevi transfer edib. Yuxarıda adları qeyd edilmiş futbolçular isə klubun bu yay yollarını ayırdığı ilk oyunçulardır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: