Şəhriyar Əliyev “250”yə çatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 7-ci turunun “Sumqayıt”la oyunu “Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyev üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

“Turan Tovuz”un kapitanının yubileyi “Sumqayıt”la səfər matçına təsadüf edib. 31 yaşlı müdafiəçi qolsuz bitən bu oyunda (0:0) 90 dəqiqə meydanda olub.

Şəhriyar ölkə çemponatı çərçivəsində meydana çıxdığı 250 matçda 11 qola imza atıb. O, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 71-ci futbolçudur.

Azərbaycan Premyer Liqasında 2011/2012 mövsümündə “Bakı”nın heyətində debüt edən Şəhriyar Əliyev indiyə qədər 6 klubda forma geyinib. Paytaxtın eyniadlı klubunda 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (2 qol), “Sumqayıt”da 34 (3 qol), “Şamaxı”da 45 (2 qol) matça çıxan futbolçu indiki klubunda 39 oyunda (4 qol) forma geyinib.

Xatırladaq ki, Şəhriyar Azərbaycan milli komandasında da 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: