Növbəti mövsümə hazırlığ davam etdirən “Sabah” təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Avstriyaya yola düşüb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi günorta saatlarında təlim-məşq toplanışının baş tutacağı Tirol bölgəsinin Fulpmes qəsəbəsinə çatıb.
Murad Musayevin yetirmələri axşam saatlarında ilk məşqinə çıxıb. Məşq zamanı futbolçular məşqçilərin tapşırığı əsasında topla və topsuz müxtəlif təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, “Sabah”ın Avstriya toplanışı iyulun 20-nə qədər davam edəcək. Komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.


