Şahmat Olimpiadası: Milli komandalarımızdan uğurlu start

Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş 45-ci Ümumdünya Şahmat Olimpiadası start götürüb.

Arena.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət komandaları Olimpiadaya uğurlu start veriblər.

Kişilərdən ibarət yığmamız ilk turda İordaniya ilə qarşılaşıb. Şahmatçılarımız 3,5:0,5 hesabı ilə qələbə qazanıblar. 3 lövhədə qələbə qazanan təmsilçilərimizdən yalnız Şəhriyar Məmmədyarov xalları yarıya bölüb.

Qadınlardan ibarət millimiz isə Nikaraqua ilə qarşılaşıb. Zəka sahiblərimiz ilk turu maksimum nəticə ilə başa vurublar. Hər 4 şahmatçımız qələbə qazanıb.

Şahmat Olimpiadası
1-ci tur
11 sentyabr

Kişilər
Azərbaycan – İordaniya 3,5:0,5
Aydın Süleymanlı – Əl Hatib-Əhməd 1:0
Nicat Abasov – Samir Loay 1:0
Rauf Məmmədov – Malik Saef 1:0
Şəhriyar Məmmədyarov – Anas Hvaira 0,5:0,5

Qadınlar
Azərbaycan – Nikaraqua 4:0
Ülviyyə Fətəliyeva – Mariya Qaranados 1:0
Gövhər Beydullayeva – Kristiana Martines 1:0
Xanım Balacayeva – Abigel Kabesas 1:0
Gülnar Məmmədova – Aleksandra Munyos 1:0