Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” Türkiyə Super Liqasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Adana təmsilçisi bu gün 7-ci tur çərçivəsində səfərdə “Alanyaspor”la qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Məhəmmədəliyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Adana Dəmirspor” bu nəticədən sonra 14 xalla 20 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay “Qarabağ”dan keçdiyi Türkiyə klubu ilə 2 illik müqavilə bağlayıb. O, “Adana Dəmirspor”da hələlik 1 matç keçirib.


