Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 5-ci turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edəcək.
“Samsunspor” Türkiyədə Yunanıstan AEK-i ilə üz-üzə gələcək. “Fiorentina” isə evdə Kiyev “Dinamo”sunu qəbul edəcək.
Konfrans Liqasının Liqa mərhələsində növbəti turun oyunları dekabrın 19-da keçiriləcək.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 5-ci tur
11 dekabr
21:45. Fiorentina (İtaliya) – Dinamo (Kiyev, Ukrayna)
21:45. Yagelloniya (Polşa) – Rayo Valyekano (İspaniya)
21:45. Drita (Kosovo) – Alkmar (Niderland)
21:45. Breydablik (İslandiya) – Şemrok Rovers (İrlandiya)
21:45. Samsunspor (Türkiyə) – AEK (Yunanıstan)
21:45. Şkendiya (Şimali Makedoniya) – Slovan (Slovakiya)
21:45. Hakken (İsveç) – AEK (Larnaka, Kipr)
21:45. Universitatya (Rumıniya) – Sparta (Çexiya)
21:45. Noa (Ermənistan) – Legiya (Polşa)
00:00. Rapid (Avstriya) – Omoniya (Kipr)
00:00. Lex (Polşa) – Maynts (Almaniya)
00:00. Riyeka (Xorvatiya) – Çelye (Sloveniya)
00:00. Linkoln (Cəbəllütariq) – Siqma (Çexiya)
00:00. KuPS (Finlandiya) – Lozanna (İsveçrə)
00:00. Aberdin (Şotlandiya) – Strasburq (Fransa)
00:00. Rakuv (Polşa) – Zrinski (Bosniya və Herseqovina)
00:00. Hamrun (Malta) – Şaxtyor (Donetsk, Ukrayna)
00:00. Şelbrun (İrlandiya) – Kristal Pelas (İngiltərə)


