“Şaxtyor” “Barselona”nın sabiq futbolçusunu transfer etdi

Ukraynanın “Şaxtyor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Donetsk təmsilçisi İtaliyanın “Sassuolo” klubundan Marlonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı braziliyalı müdafiəçi ilə beş illik müqavilə imzalanıb.

2016-cı ildə Braziliyanın “Fluminense” klubundan beş milyon avroya “Barselona”ya keçən Marlon Kataloniya təmsilçisinin əsas komandası ilə üç oyuna çıxıb. 2017/18 mövsümünü icarə əsasında Fransa “Nitsa”sında keçirən müdafiəçi 2018-ci ildə “Barselona”dan “Sassuolo”ya transfer olunub. O, geridə qalan üç mövsüm ərzində İtaliya klubunda bütövlükdə 66 rəsmi oyuna çıxıb. Mərkəz müdafiəçisi bu görüşlərdə bir qol da vurub.