Donetsk “Şaxtyor”unun baş direktoru Sergey Palkin FIFA-nı, verdiyi qərarlar müqabilində Ukrayna futbolunu məhv etməkdə təqsirləndirib.
Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir:
“FIFA Ukrayna futbolunu, bizim təməlimizi və bizim rəqabət qabiliyyətimizi məhv edib. Çünki onlar əcnəbi futbolçuların müqavilələrinə xitam verib başqa klublara ödənişsiz keçmələrinə icazə veriblər.
Bütün vəziyyətin əvvəlində imzaladıqlarımız müqabilində hesabımızda 40 milyon avro ödənilməmiş ödənişlər var idi. Hissə-hissə ödəniş geniş yayılmış təcrübədir. Ancaq birdən, qarşılığında heç bir şeyimiz olmadı, çünki xarici ulduzlar bizi sadəcə tərk edə bilirdi və bütün gəlirlər yox oldu.
İndiyə qədər FIFA ilə heç vaxt heç bir məsləhətləşmə olmayıb. FIFA həmişə futbolun böyük bir ailə olduğunu izah edir. Amma bizi sadəcə olaraq qovublar. Biz bütün əcnəbi oyunçularla razılıqaşma əldə etdik, heç kimə döyüş əməliyyatları bölgəsinə qayıtmağa gərək yox idi”, deyə Palkin bildirib.
Xatırladaq ki, daha əvvəl Palkin Avropa komandalarının “Şaxtyor”un oyunçularını heyətinə qatmaq üçün onları bu məqsədlə müqavilələrinə birtərəfli qaydada xitam vermək üçün icazədən istifadə etməyə sövq edib havayı şirnikləndirməyə çalışacaqları halda, Donetsk klubunun məhkəməyə müraciət edəcəyini bildirmişdi.


