“Sivasspor”dan Türkiyə kubokunda əzmkar qələbə

Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Alanyaspor” doğma meydanda “Sivasspor”la qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, ilk oyun günündə “Trabzonspor” doğma meydanda “Kayserispor”u 1:0 hesabıyla məğlub etmişdi.

Türkiyə kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmaları 10-11 mayda keçiriləcək.

Türkiyə Kuboku
Yarımfinalın ilk oyunları
19 aprel

Trabzonspor – Kayserispor 1:0
Qol: Kornelius, 87.

20 aprel

Alanyaspor – Sivasspor 1:2
Qol: E.Akbaba, 6 – Yatabare, 32. K.Kesgin, 90+2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: