Pivəxorluqları ilə tanınmış şotlandlar bu xüsusda özlərindən heç də geri qalmayan almanlara yaxşıca “dərs” veriblər.
Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, AÇ-2024-ə buyurmuş şotland azarkeşlərinin bir dəstəsi Münhen barlarının birində bütün pivə ehtiyatını içib axırına çıxıb.
Barda bütün pivə ehtiyatının tez bir zamanda tükəndiyi məlum olduqdan sanra, bu, almanlara yaxşı dərs olub. Bir müddət sonra bar pivə ilə təmin edilib. Hələ Avropa çempionatının oyunları başlamamış belə haldan xəbərdar olmuş digər barlar indidən ehtiyat tədbiri görməyə qərar veriblər.
Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək. Bu gün start götürəcək qitə birinciyili düz bir ay – iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.
Almaniya millisi qitə birinciliyində Şotlandiya, Macarıstan və Avstriya yığmalarının yer aldığı “A” qrupunda mübarizə aparacaq.
Yarışın açılış oyunu məhz Almaniya və Şotlandiya yığmalarının qarşılaşması ilə baş tutacaq.
Oyun bu gün Münhenin “Alyans Arena”sında Bakı vaxtı ilə 23:00-da başlayacaq.


