Spalletti: “Hamı gerçək İtaliya yığmasını gördü”

İtaliya millisinin baş məşqçisi Luçano Spalletti UEFA Millətlər Liqası 1/4 finalının Almaniya yığması ilə cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, evdəki ilk oyunda 1:2 hesabı ilə məğlub olmuş “skuadra adzurra” səfərdə 0:3 hesabından geri-dönüş edərək 3:3 hesablı heç-heçə oynasa da, mərhələni adlaya bilməyib.

Luçano Spalletti matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə, bacardığımız kimi oynamaq üçün bizim qətiyyətimiz əskik idi. Ardınca isə biz anladıq ki, artırmalıyıq – onda da hamı gerçək İtaliya yığmasını gördü. Fasiləyə qədər həddindən çox səhvlərə yol verdik. Biz, Almaniya yığmasının yüksək təpki göstərəcəyini bilirdik, amma mənim, oyunçularımdan gözləntim daha artıq idi. Fasilədəki söhbətim onlar üçün aşıq-aşkar faydalı oldu. Düşünürəm ki, biz öz cəhdlərimiz müqabilində daha böyük uğura layiq idik”, – “RAI Sport” telekanalı italyan mütəxəssisdən sitat gətirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: