“Spetsiya” Tyaqo Mottanı baş məşqçi təyin etdi

İtaliyanın “Spetsiya” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Tyaqo Motta çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 38 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tyaqo Motta futbolçu karyerası ərzində “Barselona”, “Atletiko” (Madrid), “Cenoa”, “İnter” və PSJ kimi klublarda çıxış edib. İtaliya yığmasının sabiq yarımmüdafiəçisi, məşqçilik karyerasına da elə PSJ-nin U-19 komandasında başlayıb. 2019-cu ildə o, Paris təmsilçisindən ayrılaraq “Cenoa”ya baş məşqçi təyin olunub. Lakin gənc məşqçinin bu klubdakı fəaliyyəti cəmi 4 ay davam edib.

“Spetsiya” klubunun əsas komandasını 2019-cu ildən etibarən Vinçentso İtalyano çalışdırırdı. Lakin o, ötən ayın sonunda sözügedən klubdan ayrılaraq “Fiorentina”ya baş məşqçi təyin olundu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: