Stüart Armstronq İngiltərə klubunu MLS təmsilçisinə dəyişdi

Futbol üzrə Şotlandiya yığma komandasının mərkəz yarımmüdafiəçisi Stüart Armstronq İngiltərənin “Sauthempton” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu bundan sonrakı karyerasını Kanadanın “Vankuver Uaytkeps” klubunda davam etdirəcək.

32 yaşlı futbolçu yeni klubu ilə müddəti 2026-cı ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə bağlayıb. O, MLS təmsilçisinə azad agent kimi qoşulub.

Stüart Armstronq Şotlandiyanın “İnverness” və “Dandi Yunayted” klublarının yetirməsidir. Ölkəsində “Dandi Yunayted” və “Seltik” klublarının formasını geyinmiş yarımmüdafiəçi 2018-ci ildən “Sauthempton”un uğurları üçün çalışırdı. O, İngiltərə klubunun heyətində 214 oyuna çıxıb, 25 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.

Şotlandiyanın U-19 və U-21 yığmalarında da oynamış Armstronq 2017-ci ilin mart ayında əsas millidə debüt edib. O, yığma komandanın heyətində 51 oyuna ççıxıb, 5 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: