Təxirə salınmış oyunlara hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü turdan təxirə salınmış oyunlara hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, “Neftçi” və “Sumqayıt” klublarının əvəzedici komandalarının oyunu Rəvan Həmzəzadəyə tapşırılıb.

MOİK – “Kəpəz” oyununda isə ədaləti Kamranbəy Rəhimov qoruyacaq.

Qeyd edək ki, hər iki oyun fevralın 24-də keçirilməli idi. Lakin həmin vaxt Azərbaycan ərazisində əlverişsiz hava şəraiti hökm sürdüyündən Peşəkar Futbol Liqası bu görüşləri təxirə salmaq məcburiyyətində qalmışdı.

14-cü turdan təxirə salınmış oyunlara hakim təyinatlarını təqdim edirik:

Birinci Divizion
14-cü turun oyunları
28 mart

“Neftçi-2” – “Sumqayıt-2”
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Kərim Zeynalov, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Neftçi”nin təlim-məşq mərkəzi (4-cü meydança), 15:00

MOİK – “Kəpəz”
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Teymur Teymurov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: