“Zirə”nin Qvineya-Bisaudan olan hücumçusu Toni Qomes karyerasını İsrailin “Hapoel” (Hadera) klubunda davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə “Zirə”nin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, iki klub arasında imzalanmış transfer müqaviləsinə əsasən hücumçu “Hapoel”ə keçib. İsrail klubunun bu transfer üçün “Zirə”yə nə qədər təzminat ödədiyi açıqlanmır.
“Zirə” Toni Qomesə kluba göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Toni Qomes “Zirə”yə 2022-ci ilin iyul ayında azad agent kimi keçmişdi. O, bu komandada 26 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Vaxtilə “Liverpul”un U-18, U-21 komandalarında da oynamış futbolçu “Menemen”, “Harras”, “Forest Qrin Rovers”, “Aroka”, “Tala El Qaiş” kimi klubların formasını geyinib. O, Qvineya-Bisau yımasında da 2 oyuna çıxıb.


