Premyer Liqanın 17-ci turunda Tovuzda “Zirə” ilə üz-üzə gələn “Turan Tovuz” tarixində ilk dəfə bu rəqibə doğma meydanda qalib gəldi.
Arena.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı kollektiv gərgin keçən qarşılaşmadan Fərid Nəbiyevin vurduğu yeganə qol sayəsində 1:0 hesablı qələbə ilə ayrıldı.
Matçdan sonra maraqlı anlar yaşanıb. Belə ki, meydan sahiblərinin braziliyalı mərkəz müdafiəçisi Bruno Qonçalves Azərbaycan milli musiqisinin sədaları altında rəqs edib.