Tovuzda təbii fəlakət matçı başa çatdırmağa imkan vermədi – Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunun Tovuzda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu yarıda qalıb.

Arena.az xəbər verir ki, buna qarşılaşmanın sonlarında Tovuz şəhər stadionunun işıq dirəklərindən birinin qırılaraq meydana aşması səbəb olub.

Buna Tovuzda əsən güclü külək səbəb olub. Təbii fəlakət səbəbindən hakimlər oyunu davam etdirməyiblər. Komandalar dərhal palyardəyişmə otağına göndəriliblər.

Onu da qeyd edək ki, bədbəxt hadisə nəticəsində heç bir xəsarət alan yoxdur. Azarkeşlər evakuasiya olunublar, futbolçular, oyun rəsmiləri artıq təhlükəsiz ərazidədir.

Hhadisə baş verərkən “Turan Tovuz” hesabda 2:1 hesabıyla öndə olub. Oyun 81-ci dəqiqədə dayandırıldığı üçün qalan 10 dəqiqə böyük ehtimalla sabah oynanılacaq. Qarşılaşmanın AFFA nümayəndəsi Mübariz Hüseynovun ilk açıqlamasına görə, matç sabah 12:00-dan etibarən davam etdiriləcək.

Xatırladaq ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” matçında hesabı 5-ci dəqiqədə Xəyal Nəcəfov açıb. 21-ci dəqiqədə braziliyalı müdafiəçi Bruno Qonçalves komandasının ikinci qolunu vurub. “Araz-Naxçıvan” ikinci hissədə hesab arasındakı fərqi azaldıb. İsmail Azzaui 58-ci dəqiqədə penaltidən dəqiq yararlanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: