Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 11 qarşılaşma baş tutub.
Türkiyənin “Trabzonspor” komandası da Avroliqada növbəti sınağına çıxıb. Vyana “Rapid”i ilə doğma meydanda baş tutmuş ilk oyunda məğlubiyyətlə üzləşmiş trabzonlular səfərdə də eyni aqibəti yaşayıblar. Nəticədə Türkiyə klubu Avroliqa ilə vidalaşıb.
“Rapid”lə yanaşı, “Dinamo” (Minsk), “Elfsborq”, “Viktoriya” (Plzen), “Molde”, “Ayaks”, “Luqano”, “Makkabi” (Təl-Əviv), “Braqa”, “Borats” və “Şemrok Rovers” (İrlandiya) də növbəti mərhələyə adlayıblar.
Xatırladaq ki, daha öncə Moldovanın “Petrokub” və Latviyanın RFS komandaları da Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanmışdılar.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
13 avqust
TNS (Uels) – “Petrokub” (Moldova) 0:0 (ilk oyun 0:1)
14 avqust
RFS (Latviya) – “Santa Koloma” (Andorra) 7:0 (2:0)
15 avqust
“Linkoln” (Cəbəllüttariq) – “Dinamo” (Minsk, Belarus) 2:1 (0:2)
“Rapid” (Vyana, Avstriya) – “Trabzonspor” (Türkiyə) 2:0 (1:0)
“Elfsborq” (İsveç) – “Riyeka” (Xorvatiya) 2:0 (1:1)
“Viktoriya” (Plzen, Çexiya) – “Krivbass” (Ukrayna) 1:0 (2:1)
“Serkl Brügge” (Belçika) – “Molde” (Norveç) 1:0 (0:3)
“Ayaks” (Niderland) – “Panatinaikos” (Yunanıstan) 0:1, penaltilər 13:12 (0:1)
“Luqano” (İsveçrə) – “Partizan” (Serbiya) 2:2 (1:0)
“Makkabi” (Təl-Əviv, İsrail) – “Panevejis” (Litva) 3:0 (2:1)
“Servett” (İsveçrə) – “Braqa” (Portuqaliya) 1:2 (0:0)
“Borats” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) 3:1 (1:2)
“Şemrok Rovers” (İrlandiya) – “Çelye” (Sloveniya) 3:1 (0:1)


