Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 24-cü tur çərçivəsində “Naft MİS” komandası ilə qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” meydandan möhtəşəm qələbə ilə ayrılıblar – 5:1. 19 və 52-ci dəqiqələrdə fərqlənən Məhəmməd Abbaszadə bu oyunda dubla imza atıb. Digər qolları Safa Hadi (30), Məhəmmədrza Abbasi (83) və penaltidən dəqiq yararlanan Reza Əsədi vurublar. Meydan sahibləri isə yalnız 48-ci dəqiqədə vurduqları penalti qolu ilə təsəlli tapıblar.
24 turdan sonra 39 xala malik “Traktor” 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını aprelin 7-də doğma meydanda “Sepahan” komandasına qarşı keçirəcək.


