Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 20-ci tur çərçivəsində “Aluminium Arak”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı komanda bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0.
20 turdan sonra 33 xala malik “Traktor” 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını fevralın 28-də səfərdə “Sanat Naft” komandasına qarşı keçirəcək.


