“Traktor” ardıcıl 4-cü qələbəsini darmadağınla qazandı – Video

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 7-ci tur çərçivəsində “Aluminium Arak” komandası ilə qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” meydandan möhtəşəm qələbə ilə ayrılıblar. Təbrizlilər bu oyunda 4 cavabsız qola seviniblər. Hesabı 40-cı dəqiqədə Siamak Nemati açıb. 77-ci dəqiqədə Mehdi Abdi ikinci qolu rəqib qapısından keçirib. 86-cı dəqiqədə fərqlənən Aref Rostami hesabı darmadağın həddinə çatdırıbsa, matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə Əmirhüseyn Hüseynzadə yekun nəticəni müəyyənləşdirib – 4:0.

Mövsümə ardıcıl iki məğlubiyyətlə başlamış Təbriz təmsilçisi son oyunlardakı ardıcıl 4 qələbə sayəsində hazırda 12 xalla 16 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

“Traktor” növbəti matçını oktyabrın 27-də səfərdə “Zobahan”a qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: