Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor”un futbolçu və məşqçi heyəti hücuma məruz qalıblar.
Arena.az xəbər verir ki, hadisə İranın Kirmanşah şəhərindəki stadionda baş verib.
Təxminən 12 nəfərin oyunçulara hücum etdiyi bildirilir. Həmin şəxslər komanda üzvlərini döydükdən sonra şəxsi əşyaları, forma və ayaqqabıları oğurlayaraq qaçıblar. Nəticədə 4 oyunçu xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, “Traktor” İran çempionatının 2023/2024 mövsümündə 17 turdan sonra 28 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Bu mövsüm keçirdiyi 16 oyundan doqquzunda qalib gəlmiş komanda bir oyunda heç-heçə edib, altı görüşdə də məğlubiyyətə üzülüb. Ehtiyatda təxirə salınmış bir oyunu da olan Təbriz təmsilçisi növbəti matçını fevralın 28-də doğma meydanda “İstiqlal”a qarşı keçirəcək.


