Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 18-ci tur çərçivəsində “İstiqlal”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu matçdan inamlı qələbə ilə ayrılıblar – 2:0. 61-ci dəqiqədə Rəhman Cəfəri meydan sahiblərini hesabda önə keçirib. 85-ci dəqiqədə isə Əmirhüseyn Hüsseynzadə matçın yekun nəticəsini müəyyənləşdirib. 89-cu dəqiqədə Siamak Neməti ikinci “sarı”dan sonra qırmızı vərəqə ilə meydandan qovulsa da, bu, təbrizlilərin qələbəsinə əngəl olmayıb.
Bu mövsüm keçirdiyi 17 oyundan onunda qalib gəlmiş komanda bir oyunda heç-heçə edib, altı görüşdə də məğlubiyyətə üzülüb. Ehtiyatda təxirə salınmış bir oyunu da olan təbrizlilər hazırda 31 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıblar.
“Traktor” növbəti matçını martın 8-də səfərdə “Mes Rafsanjan”a qarşı keçirəcək.


