“Traktor” mövsümün ikinci matçında da xalsız qaldı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 2-ci tur çərçivəsində “Persepolis” komandası ilə qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. “Traktorçular” meydandan məğlubiyyətlə ayrılıblar – 0:1. Təbrizlilər 42-ci dəqiqədə buraxdıqları qolun əvəzini çıxa bilməyiblər.

“Traktor” növbəti matçını avqustun 28-də doğma meydanda “Mes Rafsanjan”a qarşı keçirəcək. Buna qədər isə Cənubi Azərbaycan nəhəngini Asiya Çempionlar Liqasında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şarja” komandası ilə görüş gözləyir. Bu oyun da avqustun 22-də Təbrizdə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: