“Traktor” “Sepahan”la oyunda 4 qola üzüldü

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Təbriz klubu 10-cu tur çərçivəsində “Sepahan”la qarşılaşıb.

Məşhur Qurban Berdıyevin çalışdırdığı komanda bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” altı qolun qeydə alındığı bu oyundan məğlubiyyətlə ayrılıblar – 2:4.

10 turdan sonra 14 xala malik “Traktor” 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Təbriz təmsilçisi növbəti matçını oktyabrın 27-də doğma meydanda “Malavan” komandasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: