“Traktor”dan ardıcıl 3-cü qələbə

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 5-ci tur çərçivəsində “Havadar” komandası ilə qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. “Traktorçular” meydandan qələbə ilə ayrılıblar. Təbrizlilər 17-ci dəqiqədə Aref Ağasının vurduğu yeganə qol sayəsində cari mövsümdə ardıcıl üçüncü oyunda 3 xala seviniblər – 1:0.

Mövsümə ardıcıl iki məğlubiyyətlə başlamış Təbriz təmsilçisi son oyunlardakı qələbələr sayəsində 9 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

“Traktor” növbəti matçını sentyabrın 27-də doğma meydanda “Şəms Azar Qəzvin”ə qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: