Tural Qurbatov bombardir oldu, təltif edildi

“Şahdağ Qusar”ın hücumçusu Tural Qurbatov İkinci Liqada 2023/2024-cü illər mövsümünün ən sərrast futbolçusu olub.

Arena.az xəbər verir ki, o, geridə qalan mövsümdə 32 qolla yadda qalıb.

İkinci Liqanın bu gün baş tutan sonuncu – 26-cı turunun “Şəfa” – “Baku Sportinq” (0:4) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardiri Tural Qurbatov da xüsusi hədiyyəyə layiq görülüb. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: