Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubu tarixində daha bir ilkə imza atıb.
Arena.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri buna Azərbaycan Premyer Liqasının 1-ci turunda nail olublar.
Tovuz təmsilçisi “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib. Bu, klubun tarixində Premyer Liqada səfərdəki ilk böyükhesablı qələbə olub.
Buna qədər qərblilər yalnız bir dəfə rəqib meydanında 3 qol vurub. Mayın 1-də “Zirə”ni 3:1 hesabı ilə yenən Tovuz təmsilçisi bu dəfə səfərdə qapısını da toxunulmaz saxlayıb.
Xatırladaq ki, “Araz-Naxçıvan” “Turan Tovuz”u Bakıdakı “Dalğa Arena”da qəbul edib. Buna səbəb Naxçıvan şəhər stadionunun hələ Premyer Liqa oyunlarını qəbul etməyə tam hazır olmamasıdır.


