Dünən keçirilmiş “Turan Tovuz” – “Qarabağ” oyununda Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün rekordu qeydə alınıb.
Arena.az xəbər verir ki, bu, ikinci dövrənin Tovuzda keçirilmiş açılış matçında gerçəkləşib.
Belə ki, 10-cu tur çərçivəsində baş tutan oyunu 6000 tamaşaçı izləyib. Bu, 2023/24 mövsümünün yeni rekordudur.
Əvvəlki ən yüksək göstərici 9-cu turun “Neftçi” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Azərbaycan derbisində 5400 izləyici qeydə alınmışdı.
Xatırladaq ki, “Turan Tovuz” – “Qarabağ” görüşü 2:2 hesabı ilə başa çatıb.


