Türkiyə kubokunda 1/8 finalın püşkü atıldı

Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, “Fənərbaxça” və “Beşiktaş”ın da rəqibləri müəyyənləşib.

“Fənərbaxça” bu mərhələdə “Kayserispor”la, “Beşiktaş” isə “Göztəpə” ilə üz-üzə gələcək. “Trabzonspor” da 1/4 finala vəsiqə uğrunda “Dənizlispor”la mübarizə aparacaq.

Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunları 8, 9 və 10 fevralda keçiriləcək.

Türkiyə kuboku
1/8 final mərhələsi

Alanyaspor – Adana Dəmirspor
Fatih Karagümrük – Konyaspor
Kasımpaşa – Qaziantep
Fənərbaxça – Kayserispor
Hatayspor – Antalyaspor
Bandırmaspor – Sivasspor
Dənizlispor – Trabzonspor
Beşiktaş – Göztəpə