Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin cavab oyunları keçirilib.
Arena.az xəbər verir ki, bu mərhələ UEFA Millətlər Liqasının növbəti mövsümü üçün A, B, C və D liqalarının tərkibini müəyyənləşdirib.
A Liqasında üçüncü yeri tutmuş dörd komanda B Liqasında ikinci olmuş dörd komanda ilə qarşılaşıb. Cütün qalibləri növbəti mövsüm A Liqasında, məğlub olanlar B Liqasında yarışacaqlar.
Türkiyə millisi doğma meydanda məğlub etdiyi Macarıstanı səfərdə də darmadağın etməklə A Liqasına yüksəlib. Serbiya Avstriyanı, Yunanıstan Şotlandiyanı, Belçika da Ukraynanı məğlub edərək əsas Liqada yarışmaq hüququ qazanıb.
B Liqasında üçüncü yeri tutmuş dörd komanda C Liqasında ikinci yeri tutmuş dörd komanda ilə qarşılaşıb. Hər cütün qalibi növbəti mövsümdə B Liqasında, məğlub olanlar C Liqasında iştirak edəcəklər.
C Liqasında üçüncü yeri tutan iki ən yaxşı komanda D Liqasında ikinci yeri tutan iki komandaya qarşı oynayıb. Hər cütün qalibi C Liqasında, məğlub olanlar isə D Liqasında oynayacaq.
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Ukrayna və İslandiyanın da növbəti UEFA Millətlər Liqasındakı taleyinə aydınlıq gəlib. Ukrayna B Liqasında, İslandiya C Liqasında mübarizə aparacaq.
UEFA Millətlər Liqası
23 mart
A və B liqaları
Macarıstan – Türkiyə 0:3
Qollar: H.Çalhanoğlu, 37-pen. A.Gülər, 39. A.Bardakçı, 90.
İlk oyun – 1:3
Serbiya – Avstriya 2:0
Qollar: Maksimoviç, 56. Vlahoviç, 90.
İlk oyun – 1:1
Şotlandiya – Yunanıstan 0:3
Qollar: Konstantelias, 20. Karetsas, 42. Tsolis, 46.
İlk oyun – 1:0
Belçika – Ukrayna 3:0
Qollar: De Kuyper, 70. Lukaku, 76; 86.
İlk oyun – 1:3
B və C liqaları
Gürcüstan – Ermənistan 6:1
Qollar: Haroyan, 4-öz qapısına. Mikautadze, 14; 35. Çakvetadze, 23. Kiteişvili, 27. Kvaratsxeliya, 62 – Sevikyan, 48.
İlk oyun – 3:0
Sloveniya – Slovakiya 1:0
Qol: Çerin, 95.
İlk oyun – 0:0
İslandiya – Kosovo 1:3
Qollar: Oskarsson, 2 – Muriqi, 35; 45+3; 79.
İlk oyun – 1:2
İrlandiya – Bolqarıstan 2:1
Qollar: Ferquson, 63. İdah, 85 – Antov, 30.
İlk oyun – 2:1


