Türkiyə millisi UEFA Millətlər Liqasında Uelsə qarşı

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 1-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə A, B və C Liqaları çərçivəsində ümumilikdə 8 qarşılaşma baş tutacaq.

A Liqasında Fransa yığması İtaliya ilə, Belçika millisi isə İsraillə üz-üzə gələcək.

B Liqasında qardaş ölkə Türkiyənin milli komandası Uelslə qarşılaşacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 1-ci tur
6 sentyabr

A Liqası, 2-ci qrup

22:45. Fransa – İtaliya
22:45. Belçika – İsrail

B Liqası, 3-cü qrup

18:00. Qazaxıstan – Norveç
22:45. Sloveniya – Avstriya

B Liqası, 4-cü qrup

22:45. Uels – Türkiyə
22:45. İslandiya – Monteneqro

C Liqası, 2-ci qrup

20:00. Litva – Kipr
22:45. Kosovo – Rumıniya

Xəbəri sosial şəbəkələrdə paylaş: