17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi yığmamız bu turnirdəki ilk matçında Belarusun U-18 komandası ilə qarşılaşıb.
Qarşılaşma Azərbaycan futbolçuları üçün uğursuz alınıb. Yığmamız meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib.
U-17 millimiz turnirdə növbəti oyununu fevralın 20-də Rusiyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.
Xatırladaq ki, Azərbaycan millisi Minskdə təşkil olunmuş turnirə bu heyətlə yollanıb:
- Xəqan Şükürov – Zirə
- Rauf Əyyubov – Sabah
- Elgün Alışov – Rot-Vays Oberhauzen (Almaniya)
- Murad Qurbanov – Zirə
- Həzrət Səmədov – Sabah
- Əlibəy Mahmudov – Sabah
- Fərid Cabbarlı – Zirə
- Hüseyn Atayev – Turan Tovuz
- Tunar Muradov – Turan Tovuz
- Nihad İsaqov – Kəpəz
- Elvin Vəliyev – Neftçi
- Vusal Kərimov – Neftçi
- Toğrul Haqverdiyev – EFA
- Həsən Məmmədli – Rot-Vays Oberhauzen (Almaniya)
- Rafael Qaziyev – Dinamovets (Rusiya)
- Nicat Nərimanov – Brommapoykarna (İsveç)
- İslam Həsənov – Srvena Zvezda (Serbiya)
- İbrahim Xəlilov – Sabah
- Murad Cabbarov – Sumqayıt
- Ümid Səlimov – Sabah


