U-17 Azərbaycan millisi Monteneqro ilə iki oyun keçirəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) avqustun 8-dən 18-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi millimiz hazırlıq çərçivəsində iki sınaq matçına da çıxacaq.

Belə ki, Azərbaycan millisi avqustun 15-də və 18-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qeyd olunan oyunlara hazırlıq məqsədilə avqustun 1-dən 7-nə qədər millimizin gündəlik məşqləri təşkil olunacaq. Gündəlik məşqlərdən sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək.

Baş məşqçi Füzuli Məmmədov hazırlıq prosesinə 23 futbolçu dəvət edib.

Milliyə dəvət almış futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Ayxan Abbaszadə – Turan Tovuz
  2. Teymur Həsənov – Qarabağ
  3. Aftandil Arıxov – Sumqayıt
  4. Məsud Əlişanlı – EFA
  5. Səmid Əhmədov – Qəbələ
  6. Məhəmməd İmamaliyev – Neftçi
  7. Vüsal Paşayev – Sumqayıt
  8. Nadir Orucov – Sumqayıt
  9. Rəşad Alışov – Sabah
  10. Tuncay Əhmədov – Sabah
  11. Əkbər Məhərrəmov – Sabah
  12. Ömər Kərimov – Qəbələ
  13. Əmir Əliyev – Sabah
  14. Emin Feyzullayev – Sabah
  15. Anar Hüseynov – Sabah
  16. Ziya Şəkərxanov – Qəbələ
  17. Şahismayil Cəfərov – EFA
  18. Şükür Cəfərli – Sumqayıt
  19. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  20. Elvin Qurbanov – Neftçi
  21. Amid Qasımov – Qarabağ
  22. Həbib Qədimov – Qarabağ
  23. Ümid Səlimov – Şamaxı
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: