17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin (U-17) Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yığmamızın UEFA Millətlər Liqası formatında təşkil olunan Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün açıqlanmış heyətində 20 futbolçu yer alıb. Baş məşqçi Nərgiz Qurbanova heyətə bu oyunçuları daxil edib:
- Bayramova Firuzə – Dinamo Balakən
- Ağalıyeva Nərgiz – Baku Sportinq
- Abdullayeva Pərişan – Baku Juniors İdman Klubu
- Nəzərli Məsumə – Neftçi
- Əlipaşayeva Vahidə – İnter Xacmaz
- Novruzova Aygün – Sabah
- Əliyeva Ləman – UGİM Naftalan
- Cəfərova Arzu – Baku Sportinq
- İslamova Ülviyyə – İnter Xacmaz
- Əsədova Xanım – Sabah
- Ağalıyeva Arzu – Baku Sporting
- Mövludova Bədriyyə – İnter Xacmaz
- Ağayeva Adelina – Sabah
- Əsədova Səma – Gömrükçü
- Əmirova Ella – Baku Sportinq
- Məmmədovə Natella – Baku Sportinq
- Sultanlı Günay – Sabah
- Curuqova Mədinə – Sabah
- Vaysman Yelizaveta – İnter Xacmaz
- Oskina Aida – Gömrükçü
U-17 yığmamız seçmə mərhələ çərçivəsində Lüksemburq, Xorvatiya və Malta ilə qarşılaşacaq. Bu qrupun oyunları 2-8 oktyabr aralığında Xorvatiyada təşkil olunacaq.
Azərbaycan millisinin oyunlarının təqvimini nəzərinizə çatdırırıq. Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib:
Azərbaycan – Lüksemburq
Baş hakim: Eirini Pingiu (Yunanıstan).
Baş hakimin köməkçiləri: Vasilia Tsiklitari (Yunanıstan), Maya Brozoviç (Xorvatiya).
Dördüncü hakim: Karla Şeqota (Xorvatiya).
2 oktyabr. NK Lucko stadionu (Zaqreb). Saat 17:30.
Xorvatiya – Azərbaycan
Baş hakim: Jana Van Laere (Belçika).
Baş hakimin köməkçiləri: Melissa Lejear (Belçika), Ana Çobotaru (Moldova).
Dördüncü hakim: Yelena Qobjila (Moldova).
5 oktyabr. Branko Caclovic Cavlek (Karlovats). Saat 14:00.
Malta – Azərbaycan
Baş hakim: Elena Gobjila (Moldova)
Baş hakimin köməkçiləri: Ana Çobotaru (Moldova), Maya Brozoviç (Xorvatiya).
Dördüncü hakim: Karla Şeqota (Xorvatiya).
8 oktyabr. “NK Lucko” stadionu (Zaqreb). Saat 14:00.


