U-17 Azərbaycan millisinin yekun heyətində 24 futbolçu

Avqustun 9-dan 18-nə qədər Bakıda 17 yaşadək futbolçulardan ibarət (U-17) Azərbaycan millisinin təlim-məşq toplanşı olacaq.

Arena.az xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində avqustun 15-də və 18-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Millimizin baş məşqçisi Füzuli Məmmədov yoldaşlıq oyunları üçün 24 futbolçuya dəvət göndərib.

U-17 Azərbaycan millisinin qarşıdakı oyunlar üçün yekun heyətini diqqətinizə çatdırırıq:

  1. Ayxan Abbaszadə – Turan Tovuz
  2. Həbib Hüşənov – Qəbələ
  3. Ayxan Əlizadə – Sabah
  4. Məsud Əlişanlı – EFA
  5. Əhməd Tarverdiyev – Sabah
  6. Məhəmməd İmamaliyev – Neftçi
  7. Vüsal Paşayev – Sumqayıt
  8. Nadir Orucov – Sumqayıt
  9. Rəşad Alışov – Sabah
  10. Tuncay Əhmədov – Sabah
  11. Əkbər Məhərrəmov – Sabah
  12. Ömər Kərimov – Qəbələ
  13. Əmir Əliyev – Sabah
  14. Babamirzə Mehdiyev – Sabah
  15. Anar Hüseynov – Sabah
  16. Ziya Şəkərxanov – Qəbələ
  17. Emin Feyzullayev – Sabah
  18. Şükür Cəfərli – Sumqayıt
  19. Əli Qurbanov – Sumqayıt
  20. Həsən Nəzərli – Ankaragücü (Türkiyə)
  21. Hikmət Cəbrayılzadə – Qarabağ
  22. Amid Qasımov – Qarabağ
  23. Həbib Qədimov – Qarabağ
  24. Ümid Səlimov – Sabah
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: