17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Belarusda təşkil olunmuş UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, yığmamız paytaxt Minsk şəhərindəki “ABFF Technical Center”də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Turnirin bu gün keçirilən digər oyununda Özbəkistan milli komandası Tacikistan yığmasını 2:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, U-17 millimiz aprelin 25-də, saat 16:00-da Özbəkistan yığması ilə üz-üzə gələcək. Füzuli Məmmədovun rəhbərlik etdiyi yığmamızı aprelin 28-də, saat 13:00-da isə Tacikistan yığması ilə görüş gözləyir.


