Belarusda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün ikinci yoxlama görüşünü keçirib.
Arena.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi U-17 millimiz Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Belarusun paytaxtı Minsk şəhərində təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, bu komandalar arasında martın 23-də keçirilmiş ilk yoxlama matçında da Belarus seçməsi 3:0 hesablı qələbə qazanıb.


