17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda ikinci oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz bu gün İranın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
Xatırladaq ki, Azərbaycan milli komandası bu turnirdəki lk oyununu ötən gün Rusiya yığmasına qarşı keçirmiş və 0:3 hesabıyla uduzmuşdu.
U-17 millimiz qrupdakı sonuncu oyununu fevralın 19-da Qazaxıstan yığmasına qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 14:20-də start veriləcək.


