U-17 millimiz Fransaya 0:8 hesabıyla uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, U-17 millimiz startda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda baş tutmuş qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 8:0.

Aqil Nəbiyevin rəhbərlik etdiyi millimiz oktyabrın 11-də İsraillə üz-üzə gələcək. Ayın 14-də isə millimizi Rumıniya yığması ilə oyun gözləyir. Seçmə mərhələnin bütün oyunları Fransada keçirilir.

Avropa çempionatının seçmə mərhələsi
8 oktyabr

Fransa – Azərbaycan 8:0
Baş hakim: Marius Hansen Qrotta (Norveç).
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya).
Dördüncü hakim: Mateo Erceq (Xorvatiya).
“Bourret” stadionu, Kapbreton. Saat 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: