U-17 millimiz Minskə 20 futbolçu ilə yollanır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-17) Belarusda keçiriləcək UEFA İnkişaf turniri üçün yekun heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, baş məşqçi Füzuli Məmmədov Belarusa 20 futbolçu aparmağa qərar verib.

Heyətdə bu futbolçulara yer verilib:

  1. Məhdi Həsənov – Neftçi
  2. Rauf Əyyubov – Sabah
  3. Amin Rzayev – Qarabağ
  4. Murad Qurbanov – Zirə
  5. Həzrət Səmədov – Sabah
  6. Əlibəy Mahmudov – Sabah
  7. Tuncay Əhmədov – Marset (İspaniya)
  8. Fərid Abdinov – Moskva Futbol Akademiyası
  9. Tunar Muradov – Turan Tovuz
  10. Nadir Nəsibli – Marset (İspaniya)
  11. Ariz Kərimov – Marset (İspaniya)
  12. Sinan Mehdizadə – Marset (İspaniya)
  13. Elvin Vəliyev – Neftçi
  14. Vusal Kərimov – Neftçi
  15. Əli Qazibəyov – Qarabağ
  16. Elşən Atakişiyev – Neftçi
  17. Muhamməd Çodarov – Marset (İspaniya)
  18. İslam Həsənov – Srvena Zvezda (Serbiya)
  19. İbrahim Xəlilov – Sabah
  20. Ümid Səlimov – Sabah

Xatırladaq ki, UEFA İnkişaf turniri aprelin 22-dən 28-nə qədər Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq. Azərbaycan millisinin bu turnirdəki rəqibləri Belarus, Özbəkistan və Tacikistan kollektivləri olacaq.

U-17 yığmamızın oyunlarının təqvimi belədir:

23 aprel

Belarus – Azərbaycan
“ABFF Technical Center”. Saat 19:00

25 aprel

Azərbaycan – Özbəkistan
“ABFF Technical Center”. Saat 16:00

28 aprel

Azərbaycan – Tacikistan
“ABFF Technical Center”. Saat 13:00

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: