U-17 millimiz Minskə gedir – Rusiya və Belarusla qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) fevralın 14-dən etibarən təlim-məşq toplanışına başlayacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi komanda fevralın 14-dən 16-na qədər Bakıda hazırlıq keçəcək. Ayın 17-dən 24-nə qədər isə millimiz Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq.

Yığmamız toplanış çərçivəsində beynəlxalq turnirdə də iştirak edəcək. Belə ki, U-17 fevralın 18-də Belarusun U-18, 20-də Rusiyanın U-17 və 22-də Özbəkistanın U-18 komandası ilə qarşılaşacaq. Turnirin final mərhələsinin oyunları isə fevralın 24-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: