Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) ikinci yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Görüş Monteneqro millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu 56-ci dəqiqədə Samir Şərifov vurub.
Xatırladaq ki, Azərbaycan millisi bu rəqibə qarşı keçirdiyi ilk yoxlama oyunundan 1:0 hesablı qələbə ilə ayrılmışdı.


