U-17 millimiz Rumıniyaya da böyük hesabla uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu – üçüncü matçına çıxıb.

Arena.az xəbər verir ki, 9-cu qrupda yer almış komandamız Rumıniya yığması ilə üz-üzə gəlib.

Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçirilmiş oyunu Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edib.

Altı qolun qeydə alındığı matçda millimiz böyük hesabla uduzub – 1:5. Komandamızın heyətində yeganə qolu Əli Bəşirov vurub. Amma 20-ci dəqiqədə hesabı açmış komandamız qalan dəqiqələrdə qapısından 5 qol buraxıb.

Beləliklə, U-17 millimiz bu seçmə mərhələdə biabırçı çıxışı ilə yadda qalıb. İlk turda Fransaya 0:8 hesabıyla uduzmuş komandamız ikinci turda da İsrailə 1:5 hesabıyla məğlub olmuşdu. Xalı olmayan Azərbaycan millisi qrup sonuncusu olub.

Avropa çempionatının seçmə mərhələsi
9-cu qrup
14 oktyabr

Azərbaycan – Rumıniya 1:5
Baş hakim: Mateo Erseq (Xorvatiya).
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa).
Dördüncü hakim: Gillom Paradis (Fransa).
Kapbreton. “Bourret” stadionu. Saat 17:00.

Xəbəri istədiklərinizlə paylaşın