U-17 millimiz sonuncu matçda da darmadağına üzüləcək?

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu – üçüncü matçına çıxacaq.

Arena.az xəbər verir ki, 9-cu qrupda yer almış komandamız Rumıniya yığması ilə üz-üzə gələcək.

Görüş Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. Qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, U-17 millimiz bu seçmə mərhələdə biabırçı çıxışı ilə diqqət mərkəzindədir. İlk turda Fransaya 0:8 hesabıyla uduzmuş komandamız ikinci turda da İsrailə 1:5 hesabıyla məğlub olub. Hazırda bu qrupda Fransa və İsrail milliləri 4 xalla müvafiq olaraq 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. Rumıniya 2 xalla üçüncüdür. Xalı olmayan Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb.

Avropa çempionatının seçmə mərhələsi
9-cu qrup
14 oktyabr

Azərbaycan – Rumıniya
Baş hakim: Mateo Erseq (Xorvatiya).
Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa).
Dördüncü hakim: Gillom Paradis (Fransa).
Kapbreton. “Bourret” stadionu. Saat 17:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: