U-17 millimiz Türkiyəyə ilk oyunda 4 cavabsız qolla uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) bu gün ilk yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, U-17 İstanbul şəhərində təşkil olunmuş hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

“Darıca” stadionunda baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar sentyabrın 12-də eyni stadionda daha bir yoxlama görüşündə üz-üzə gələcəklər.

17 yaşlılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev bu toplanış və yoxlama oyunları üçün heyətə 22 futbolçu cəlb edib:

  1. Məhdi Həsənov – Neftçi
  2. Rauf Əyyubov – Sabah
  3. Həzrət Səmədov – Sabah
  4. Elşən Atakişiyev – Neftçi
  5. Fərid Cabbarlı – Zirə
  6. Əlibəy Mahmudov – Sabah
  7. Tunar Muradov – Sabah
  8. Kamil Məmmədov – Neftçi
  9. Rəvan Teymurov – Qarabağ
  10. Zeyd Nəsirulla – Herta (Zehlendorf, Almaniya)
  11. Murad Qurbanov – Zirə
  12. İbrahim Xəlilov – Sabah
  13. Elvin Vəliyev – Neftçi
  14. Vusal Kərimov – Neftçi
  15. Nihad İsaqov – Kəpəz
  16. Əli Qazibəyov – Qarabağ
  17. Abdulaziz Cabbarlı – Qarabağ
  18. İbrahim Babayev – Servett 1890 (İsveçrə)
  19. Nihat İsgəndərov – Qarabağ
  20. İslam Həsənov – Srvena Zvezda (Serbiya)
  21. Əli İbrahim – Qarabağ
  22. Elnur Abdullayev – Neftçi
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: